DÜNYA
TÜRKİYƏNİN VAN VİLAYƏTİNİN VALİSİNƏ QARŞI SUİ-QƏSD TÖRƏDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 2-də Türkiyənin Van vilayətində terror hadisəsi baş vermişdir. Van vilayətinin valisi Hikmət Tan xidməti avtomaşın ilə işə gedərkən yanından keçdikləri yük maşınında partlayış baş vermişdir. İlkin məlumatlara görə, hadisə nəticəsində 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır. Vali Hikmət Tan heç bir xəsarət almamışdır.
Hadisədən sonra vilayət mərkəzində geniş təhlükəsizlik tədbirləri görülmüş və güclü partlayıcı maddələrlə dolu daha iki bağlama aşkar edilmişdir. Partlayıcılar zərərsizləşdirilmişdir.
Bu hadisə bölgə əhalisinin böyük narazılığına səbəb olmuşdur. Əsasən kürdlərin yaşadığı Diyarbəkir vilayətində ictimaiyyətin etiraz mitinqi
keçirilmiş, PKK-Konqra-Gel kimi terror təşkilatlarının fəaliyyəti pislənmiş, onların əleyhinə şüarlar səslənmişdir.
Hadisə ilə əlaqədar cinayət işi qaldırılmışdır.