RƏSMİ XRONİKA
TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA
Əziz dostum, qardaşım,
Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizə və qardaş Türkiyə xalqına ən səmimi təbriklərimizi yetirməkdən son dərəcə məmnunluq duyuram.
Bu gün Türkiyə hərtərəfli inkişaf yolu ilə irəliləyərək öz tarixi köklərini, milli özgürlüyünü qoruyub saxlayan, ümumbəşəri dəyərləri bölüşən bir dövlət kimi dünya birliyində layiqli yer tutur. Biz Türkiyənin qüdrətinin artmasını, yüksəlişini öz uğurumuz kimi qəbul edirik.
Qardaş xalqlarımızın iradəsindən və məramından qaynaqlanan, qarşılıqlı inam və etibara əsaslanan münasibətlərimiz bizim ən böyük mənəvi sərvətimizdir.
Bu xoş bayram günündə sevincinizə qoşulur, öz adımdan və Azərbaycan xalqı adından ən xoş arzularımızı ifadə edir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,