DÜNYA
TÜRKİYƏ XİN-İN DİREKTİVİ
“Tökiş deyli nyus” qəzetinin yazdığına görə, əvvəllər bu məqsədlər üçün ölkənin altı dəniz limanı və altı hava limanı ayrılmışdı. Yeni direktivə əsasən, bunlara daha bir dəniz limanı əlavə olunmuşdur. ABŞ silahı, o cümlədən məxfi silahı bu liman vasitəsilə Türkiyə ərazisinə gətirilə, yaxud yenidən başqa ölkələrə ixrac edilə bilər.
Silahın, döyüş sursatının, texniki vasitələrin, avadanlığın idxalı və ölkə ərazisində yerləşdirilməsi üçün Türkiyənin rəsmi hakimiyyət orqanlarından əvvəlcədən razılıq alınmalıdır. Onların hamısının Türkiyə ərazisi ilə tranzitindən, habelə təmir üçün bir bazadan digərinə aparılmasından ötrü ancaq ilkin xəbərdarlıq kifayətdir.
Türkiyə XİN belə bir fikri təkzib etmişdir ki, guya həmin direktiv Birləşmiş Ştatlara Türkiyə ərazisinə silah gətirmək və bu ərazi vasitəsilə başqa ölkələrə silah aparmaq üçün əlavə imkanlar verir. XİN bəyan etmişdir ki, bu sənəd NATO ölkələrinin imzaladıqları sazişə uyğundur.