DÜNYA
Tacikistan-Qırğızıstan sərhədində qarşıdurma baş verib: ölən və yaralananlar var
Düşənbə, 14 mart, АZƏRTAC
Ötən gecə Tacikistan-Qırğızıstan sərhədindəki iki kənd arasında baş verən qarşıdurma nəticəsində bir tacik sakini odlu silahla qətlə yetirilib, hər iki tərəfdən 20-dən çox insan yaralanıb.
AZƏRTAC xəbər verir ki, insident Qırğızıstanın Batken vilayətinin Ak-Saya və Tacikistanın İsfarin rayonunun Tacikon kəndlərinin əhalisi arasında baş verib. Bu ərazidə hələ ki, dövlətlər arasında delimitasiya işləri aparılmadığından kəndlərin əhalisi arasında əkin və otlaq sahələri ilə bağlı tez-tez qarşıdurma baş verir.
Xatırladırıq ki, Tacikistanla Qırğızıstan arasında dövlət sərhədi 976 kilometrdir ki, indiyədək bunun 504 kilometri delimitasiya edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]