İDMAN


Taekvondoçularımız “Koreya səfiri” kuboku yarışında üç medala sahib olublar

Bakı, 13 noyabr, AZƏRTAC 

Koreyanın Muju şəhərində taekvondo üzrə “Koreya səfiri” kuboku yarışı keçirilib. Hər il Koreyanın müxtəlif ölkələrdəki səfirlikləri taekvondo üzrə yarışlar təşkil edir. Bu il keçirilən yarışların qalibləri arasında isə ilk dəfə dünya birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, respublikamızda da artıq bir neçə ildir “Koreya səfiri” kuboku yarışları təşkil olunur. Builki turnirdən seçilən üç idmançımız ölkəmizi dünya birinciliyində təmsil edib və hər üçü mükafatçılar sırasında yer alıb.

Koreya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə yarışa qatılan Məmməd Abdullayevin yetirmələrindən Səyyad Dadaşov (51 kq) və Yaşar Məmmədli (63 kq) qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər idmançımız Riyad Şirəliyev (55 kq) isə dünya birinciliyinin bürünc medalına sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.