REGİONLAR


Talış kəndinin tarix müəllimi: Çalışacağıq ki, xalqımız və dövlətimiz üçün bilikli vətəndaşlar yetişdirək

Talış kəndinin tarix müəllimi: Çalışacağıq ki, xalqımız və dövlətimiz üçün bilikli vətəndaşlar yetişdirək

Talış, 27 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

İşğaldan azad olunmuş Talış kəndində tarix müəllimi kimi fəaliyyətə başlamağımdan qürur duyuram.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə Tərtər rayon Talış kənd tam orta məktəbin müəllimi Bəxtiyar Səmədov deyib.

“Talış kənd tam orta məktəbində bərpa və yenidənqurma işləri aparılaraq tədris üçün hər cür şərait yaradılıb. Bu gün məktəbdə ilk dərs günüdür – 24 şagird təhsilə cəlb olunub. Biz müəllimlər çalışacağıq ki, xalqımız və dövlətimiz üçün bilikli vətəndaşlar yetişdirək”, – deyə Bəxtiyar Səmədov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.