ELM VƏ TƏHSİL


“Tanıma – 2021” beynəlxalq konfransı keçiriləcək

Bakı, 29 iyul, AZƏRTAC

Sentyabrın 14-17-də Rusiyanın Cənub-Qərb Dövlət Universitetinin təşkilatçılığı ilə “Tanıma – 2021” XVI beynəlxalq konfransı (Raspoznavaniye-2021) keçiriləcək. Tədbirin təşkilatçılarından biri də AMEA İnformasiya Texnologiyaları İnstitutudur.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransın əsas istiqamətləri “Təsvirlərin emalı, analizi və tanınmasının riyazi nəzəriyyəsi”, “Planlaşdırmanın və maşın görməsi sistemlərinin hesablanmasının əsasları”, “İxtisaslaşdırılmış hesablama vasitələri, təsvirlərin emalı və obrazların tanınmasında paralel və paylanmış hesablamalar”, “Optik-elektron sistemlərin (robot texnikası sistemləri) tətbiqi ilə istehsal proseslərinin avtomatlaşdırılması, elektronikada, informasiyanın və təsvirlərin emalı sistemlərində bifurkasiyalar və xaos”, “Texniki görmə sistemləri əsasında tibbi-ekoloji informasiya texnologiyaları” mövzularını əhatə edir.

Daha ətraflı məlumatı konfransın rəsmi səhifəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.