MƏDƏNİYYƏT


“Tanınmış simalarla virtual tur” layihəsi davam edir

Bakı, 17 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Xalça Muzeyi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan “Tanınmış simalarla virtual tur” layihəsini davam etdirir.

Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində ziyarətçilər bu dəfə muzey ekspozisiyasının II mərtəbəsində nümayiş olunan xovlu xalçalar, milli geyim, tikmə, bədii metal nümunələri və “Qarabağ otağı” ilə tanış ola bilərlər.

Muzeyə virtual turda bələdçilər Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, Əməkdar artist Nərgiz Kərimova, İctimai televiziyanın “Səhər proqramları” departamentinin direktoru Könül Arifqızı, Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru Oleq Əmirbəyov olacaq.

Muzeyin inklüziv proqramları çərçivəsində video surdo-tərcümə ilə müşayiət olunur. Virtual turun ssenari müəllifi Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, rejissoru Mübariz Nağıyevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.