ELM VƏ TƏHSİL
Tarix Muzeyində 350-400 min il bundan əvvəl yaşamış qadının alt çənə sümüyü qorunur
Bakı, 31 yanvar, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində 1968-ci ildə Füzuli rayonu ərazisindən arxeoloji qazıntılar zamanı tapılmış, 350-400 min il bundan əvvəl yaşamış 18-20 yaşlarında qadının alt çənə sümüyü qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Erkən paleolit dövrünə aid olan bu nadir tapıntının yaşı azərbaycanlı paleontoloq Dəmir Hacıyev, eləcə də fransız alimi Lümleyn tərəfindən təsdiq olunub. Ona görə də Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilib. Həmin eksponat hazırda muzeyin Xüsusi fondunda qorunur və tezliklə yeni qurulan ekspozisiyada nümayiş olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:57]
BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər
- 26.04.2024 [12:53]
Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur
- 26.04.2024 [12:49]
“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir
- 26.04.2024 [12:42]
“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə
- 26.04.2024 [12:30]
Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib
- 26.04.2024 [12:28]