DÜNYA


Tbilisi yaxınlığında növbəti zəlzələ olub

Tbilisi yaxınlığında növbəti zəlzələ olub

Tbilisi, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də saat 17:30 radələrində Gürcüstanda zəlzələ baş verib.

AZƏRTAC Gürcüstanın Yer Səthinin Öyrənilməsi İnstitutu və Seysmoloji Monitorinq Mərkəzinə istinadən xəbər verir ki, 3 bal gücündə yeraltı təkanların episentri paytaxt Tbilisinin 3 kilometrliyindəki Norio kəndində olub.

Zəlzələ nəticəsində ölən, xəsarət alan və dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, bu, son 3 gündə Tbilisi yaxınlığında qeydə alınan ikinci zəlzələdir.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.