CƏMİYYƏT
“Təbiətin sirləri” adlı elmi və bədii-publisistik kitabın ikinci hissəsi işıq üzü görüb
Bakı, 10 yanvar, AZƏRTAC
“Təbiətin sirləri” adlı elmi və bədii-publisistik kitabın ikinci hissəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitabın müəllifləri unudulmaz təbiətşünas alim, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki, biologiya elmləri doktoru, “Şöhrət” ordenli Qara Mustafayev və onun yetirməsi, Bakı Dövlət Universitetinin dosenti, şair-publisist Аnar Məmmədovdur.
Kitabda təbiətlə cəmiyyət arasında mövcud olan bəzi sirlər sual-cavab əsasında izah edilir. Kitabın redaktorları kimya elmləri doktoru, professor Əyyub Əzizov, coğrafiya elmləri doktoru, professor Şövqi Göyçaylı, geologiya-mineralogiya elmləri doktoru, professor-şair Hikmət Mahmud və biologiya elmləri doktoru, professor Canbaxış Nəcəfovdur.
Kitabın rəyçiləri isə tanınmış jurnalistlər Rövşən Ramazanlı və Ötərxan Eltacdır. Təbiət, insan, elm və poeziyanın vəhdətindən yaranan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.