DÜNYA


Tədqiqatçılar əllərin təsvirinin köməyi ilə cinayətkarları yaxalamağa imkan verən texnologiya hazırlayır

Bakı, 15 fevral, AZƏRTAC

Böyük Britaniyanın Lankaster Universitetinin tədqiqatçıları əllərin təsvirinin köməyi ilə cinayətkarları yaxalamağa imkan verəcək texnologiya üzərində işləyir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, alimlərin iddiasına əsasən, yeni texnologiya tamamilə yeni biometrik imkanlar təqdim edəcək. Damarların təsviri, dəri büküşləri, çapıqlar, tatuirovkalar və piqmentasiyanın kombinasiyası insanın eyniləşdirilməsi üçün əsas biometriya kimi istifadə olunur.

Əvvəllər cinayətkarları ifşa etmək üçün məhkəmədə bu metodlardan uğurla istifadə edilib. Layihə insanın kimliyini hərtərəfli müəyyənləşdirmək üçün "sərt biometriya" (barmaq izləri) ilə "yumşaq biometriya”nı birləşdirəcək. Hazırda müxtəlif sahələri təmsil edən 5 min tədqiqatçı (anatomistlər, antropoloqlar, genetiklər, bioinformatiklər, qrafik mütəxəssislər və informasiya texnologiyaları mütəxəssisləri) birgə açıq mənbə kodlu proqramın yaradılması üzərində işləyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.