ELM VƏ TƏHSİL


Tədris ilinin son səyyar qəbulu

Bakının iki rayonu üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək

Bakı, 6 iyun, AZƏRTAC

İyunun 8-də 2017-2018-ci tədris ilinin son səyyar qəbulu keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, paytaxtın Suraxanı və Xətai rayonları üzrə təşkil olunacaq qəbulda müəllim və valideynlərin müraciətləri dinləniləcək.

Bakıdakı 280 nömrəli tam orta məktəbdə keçiriləcək səyyar qəbul saat 10.00-da başlanacaq.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.