ELM VƏ TƏHSİL


Təhsil naziri: Tətil müddətində repetitor fəaliyyəti davam etdirilə bilər

Bakı, 16 oktyabr, AZƏRTAC 

Oktyabrın 19-dan noyabrın 2-dək təhsil müəssisələrində elan olunan tətil müddətində repetitor fəaliyyəti davam etdirilə bilər.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın oktyabrın 16-da keçirilən brifinqində deyib.

O bildirib ki, bu fəaliyyətlər aparılarkən Operativ Qərargahın tələbləri nəzərə alınmalıdır.

Xatırladaq ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində oktyabrın 19-dan noyabrın 2-dək məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələrində əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən ediləcək. Məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti isə dayandırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.