İDMAN


Tellur Mütəllimov Premyer Liqada 150-ci, Amin Seydiyev isə 100-cü matçına çıxıb

Tellur Mütəllimov Premyer Liqada 150-ci, Amin Seydiyev isə 100-cü matçına çıxıb

Bakı, 2 fevral, AZƏRTAC

“Sabah”ın futbolçuları Tellur Mütəllimov və Amin Seydiyev Premyer Liqada yubiley oyunlarına çıxıblar. Bu, Misli Premyer Liqasının XX turunda baş verib. “Qəbələ” ilə səfər matçı (3:0) T.Mütəllimovun 150-ci, A.Seydiyevin 100-cü çempionat oyunu olub.

AZƏRTAC xəbər verir ki, onların hər ikisi vaxtilə formasını geyindikləri kluba qarşı görüşdə yubiley qeyd edib. İkinci hissədə meydana daxil olan T.Mütəllimov məhz A.Seydiyevi əvəzləyərək yubileyləri qoşalaşdırıb. Onların hesabında müvafiq olaraq 13 və 3 qol var.

İlk oyunu 2015/2016-cı il mövsümünə təsadüf edən T.Mütəllimov “Zirə”də 63 oyunda 4, “Qəbələ”də 24 matçda 5, “Sumqayıt”da 49 görüşdə 4 qol vurub. O, indiki komandasında 14 dəfə şans qazanıb.

Debütü 2018/2019-cu il mövsümündə reallaşan A.Seydiyev “Qəbələ”də 31 oyunda 1, “Sabah”da 69 matçda 2 qola imza atıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.