DÜNYA


“Time” jurnalının dərc etdiyi siyahısında İtaliyanın daxili işlər nazirinin də adı var

Roma, 19 aprel, AZƏRTAC

İtaliyanın baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini ABŞ-ın “Time” jurnalının dərc etdiyi dünyanın ən nüfuzlu şəxslərinin yeni siyahısında yer alıb.

AZƏRTAC İtaliyanın ilgiornale.it saytına istinadla xəbər verir ki, “Liqa” partiyasının lideri M. Salvini ABŞ Prezidenti Donald Tramp, Papa Frensisk, Braziliya Prezidenti Jair Bolsonaro, Demokratik partiyanın parlamağa başlayan ulduzu Aleksandriya Okasio-Kortes və “Russiagate”nin xüsusi müşaviri Robert Müller kimi nüfuzlu şəxslərlə eyni siyahıda qərarlaşıb.

Ağ evin və ABŞ Prezidenti Donald Trampın seçki kampaniyasının keçmiş baş strateqi Stiv Bennon həftəlik dərc edilən “Time” jurnalı üçün M. Salvinini siyahıya alaraq yazıb: “Salvini ilk günlərdən Avropada ən çox müzakirə edilən siyasətçi olub və may ayının sonunda Avropa Parlamentinə keçirilən seçkilərdən sonra ən nüfuzlu şəxs ola bilər”.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.