İDMAN


Topaz Premyer Liqası: "Neftçi" növbəti qələbəsini qazanaraq liderliyini qoruyub

Bakı, 22 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 22-də Topaz Premyer Liqasının beşinci turuna start verilib.

AZƏRTAC xəbər verir ki, turun açılış oyunu "Bayıl Arena" stadionunda keçirilib. "Səbail" klubu çempionatın debütantı "Sabah" komandasın qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada hesab açılmayıb.

Günün son oyununda çempionatın lideri "Neftçi" klubu "Zirə" komandasının qonağı olub. Oyunda hesabı erkən qolla "Neftçı" klubu açıb. Namiq Ələkbərovun ötürməsini Mirabdulla Abbasov dəqiq zərbə ilə tamamlayıb. Qarşılaşmanın 33-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Dilan Duventru hesabı bərabərləşdirib.

Oyunun favoriti sayılan paytaxt təmsilçisi ikinci hissənin əvvəlində hesabda yenidən önə keçib. Matçın 52-ci dəqiqəsində Qoran Paratski uzaq məsafədən baxımlı qola imza atıb. Hər iki komandanın cəhdlərinə baxmayaraq, hakimin final fitinədək qapılara top vurulmayıb. Beləliklə, bu oyunda 2:1 hesabı ilə qalib gələn "Neftçi" çempionatda liderliyini qoruyub.

Topaz Premyer Liqasının 5-ci turuna sentyabrın 23-də "Keşlə" - "Sumqayıt" və "Qarabağ" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.