DÜNYA
Tramp səfir vəzifəsinə qadın çantaları dizaynerinin namizədliyini irəli sürüb
Vaşinqton, 15 noyabr, AZƏRTAC
Prezident Tramp ABŞ-ın Cənubi Afrika Respublikasında səfiri vəzifəsinə qadın çantaları dizayneri və Tramp ailəsinə məxsus “Mar-a-Lago” klubunun üzvü Lana Marksın namizədliyini irəli sürüb. Cənubi Afrikanın İst London şəhərində doğulan Marks hazırda Florida ştatında - Palm-Biçdə yaşayır.
AZƏRTAC xəbər verir ki, Ağ ev öz bəyanatında Lana Marksın Harvard Universitetinin Con F. Kennedi adına İdarəçilik Məktəbində qadın şurasının fəaliyyətinə verdiyi töhfəni yüksək qiymətləndirib və onun Cənubi Afrikada təhsil aldığını xatırladıb. Qeyd olunub ki, L.Marks Cənubi Afrikanın 11 rəsmi dilindən ikisində - afrikaans və kxosa dillərində sərbəst danışır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]