REGİONLAR
Tural Ağayev: Azərbaycan həm öz torpaqlarına, həm də tarixi və mədəni irsinə sahib çıxır
Xocavənd, 14 aprel, AZƏRTAC
Biz qədim Qarabağ torpağına gəlmişik. Uzun illərdən sonra yenidən bu torpaqlardayıq. Allaha şükür edirik ki, bu günü görmək bizə nəsib oldu. Bu günü bizə yaşatdığı üçün dövlətimizə, ordumuza minnətdarıq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında erməni işğalından azad olunan Xocavənd rayonunun Hünərli kəndinə səfər edən Roma-Katolik Kilsəsinin Apostol Prefekturasının əməkdaşı Tural Ağayev söyləyib.
“Qarabağ hər bir azərbaycanlı üçün dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq çox əziz və dəyərlidir, bizim tariximizin ayrılmaz hissəsidir, mədəniyyətimizin beşiyidir. Azərbaycanda yaşayan xristianlar üçün Qarabağ xüsusi önəm daşıyır. Çünki bu torpaq Azərbaycanda xristianlığın tarixi ilə birbaşa bağlıdır. Buradakı qədim kilsələr bütün xristianlar üçün çox önəmlidir. Ümid edirik ki, işğal dövründə törədilən dağıntılar tezliklə aradan qaldırılacaq. Azərbaycan öz torpaqlarına sahib çıxdığı kimi, tarixi və mədəni irsinə də sahib çıxır”, - deyə o qeyd edib.