İDMAN


Türkiyə Superliqası: “Ankaragücü” və “Sivasspor” doğma meydanda qələbə qazanıb

Bakı, 11 fevral, AZƏRTAC

Fevralın 11-də “Ankaragücü” – “Kasımpaşa” və “Sivasspor” – “Akhisar Bələdiyəspor” qarşılaşmaları ilə Türkiyə Superliqasının XXI turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin 15-ci pilləsində qərarlaşan ankaralılar səkkizinci sıradakı “Kasımpaşa”nın qapısından üç cavabsız top keçiriblər. Paytaxt təmsilçisinin heyətində Dever Orgill (33), Hadi Saçko (46) və İlhan Parlak (86) fərqləniblər.

“Sivasspor” - “Akhisar Bələdiyəspor” görüşündə meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər. Ev sahiblərinin heyətində Aruna Kone (5, 60, pen), qonaq komandada isə Coşue (88, pen) adlarını tabloya yazdırıblar.

Beləliklə, 21 turdan sonra “Başakşəhər” komandası 45 xalla turnir cədvəlində vahid liderliyini davam etdirir. “Qalatasaray” 39 xalla ikinci, “Beşiktaş” isə 36 xalla üçüncüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.