İDMAN
Türkiyə Superliqası: “Beşiktaş” səfərdə qələbə qazanıb
Bakı, 16 fevral, AZƏRTAC
Fevralın 15-də futbol üzrə Türkiyə çempionatının XXV turunun sonuncu qarşılaşmasında “Gənclərbirliyi” doğma meydanda “Beşiktaş”ı qəbul edib.
AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qonaqlar rəqibinin qapısından üç cavabsız qol keçirib. İstanbul klubunun qollarını Raçid Qazzal (4) və Cenk Tosun (89, 90+4) vurub.
Günün digər matçında “Antalyaspor” – “Yeni Malatyaspor” görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 51 xalla “Qalatasaray” başçılıq edir. İkinci və üçüncü pillələrdə müvafiq olaraq onunla eyni xal toplayan “Beşiktaş” və “Fənərbağça” klubları qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXV turda “Sivasspor” istirahət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]
Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- 26.04.2024 [12:38]
Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb
- 26.04.2024 [11:53]