DÜNYA


Türkiyə XİN: Ankara F-35 qırıcı təyyarələrinə alternativ tapa bilər

Bakı, 10 aprel, AZƏRTAC

ABŞ Türkiyəyə F-35 qırıcı təyyarələri verməkdən imtina etsə, Ankara onlara alternativ tapacaq.

AZƏRTAC Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“F-35 kimi Rusiya istehsalı olan təyyarələr də mövcuddur. F-35 təyyarələrini əldə etmək mümkün olmasa, Türkiyə digər ölkələrdən analoji təyyarələr alacaq. Bu, yerli beşinci nəsil təyyarələrinin istehsalına qədər davam edəcək”, - deyə Çavuşoğlu bildirib. Onun sözlərinə görə, ABŞ F-35 proqramında Türkiyənin sonrakı iştirakı ilə bağlı təzadlı bəyanatlar səsləndirir.

Vaşinqton Rusiyanın S-400 komplekslərinin NATO standartlarına uyğun gəlmədiyini bəhanə edərək onların alınmasına görə Türkiyəni sanksiya ilə hədələyir. Ankara isə S-400 komplekslərindən imtina etməyəcəyini və onların iyul ayından başlayaraq ölkəyə gətiriləcəyini bildirib.

Ekspertlərin fikrincə, S-400 kompleksləri ilə F-35-in birgə istifadəsi “görünməz” təyyarənin gizli texnologiyalarının ifşası ilə nəticələnə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.