SİYASƏT
Türkiyə səfiri Azərbaycan Prezidentinin köməkçisinə Qarabağ Zəfərinə həsr olunmuş gümüş sikkə hədiyyə edib
Bakı, 4 oktyabr, AZƏRTAC
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
AZƏRTAC xəbər verir ki, səfir bununla bağlı özünün tviter hesabında bildirib.
Diplomat qeyd edib: “Hikmət Hacıyevə Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi tərəfindən Qarabağ Zəfəri ilə əlaqədar hazırlanmış gümüş xatirə sikkəsini hədiyyə etdim. Türkiyə haqlı mübarizəsində sonadək Azərbaycanın yanındadır”.