DÜNYA


Türkiyədə COVID-19 riskini azaltmaq üçün yeni sərt qadağalar tətbiq olunub

Ankara, 17 noyabr, AZƏRTAC

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin növbəti iclası keçirilib. Hökumət gündəlikdə duran bir çox məsələlərlə bərabər yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkədəki vəziyyəti müzakirə edib.

AZƏRTAC xəbər verir ki, iclasdan sonra xalqa müraciətində İzmirdə baş vermiş sonuncu dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlərin nəticələri barədə geniş məlumat verən Prezident Rəcəb Tayyib Ərdoğan ölkədə həyata keçirilən islahatların əhəmiyyətindən danışıb.

Çıxışında Türkiyədə yeni növ koronavirus pandemiyası ilə mücadiləyə geniş yer ayıran dövlət başçısı bildirib ki, infeksiya ilə mübarizənin səmərəli nəticə verməsi üçün hər kəs maska taxmaq, sosial məsafə saxlamaq və təmizlik qaydalarına əməl etməlidir. Hökumətin qərarı ilə şənbə və bazar günləri tədarük və istehsalat sahələrindən başqa saat 10.00-dan 20.00-dək evdən çıxmağa məhdudiyyətlər tətbiq olunacaq. 65 və ondan yuxarı yaş həddi üçün tətbiq olunan qadağalar 20 yaşdan aşağı olanlara da şamil ediləcək. Kinoteatrlar və teatrlar ilin sonunadək bağlı olacaq. Ticarət mərkəzləri, market, restoran, bərbərxana kimi məişət xidmət yerlərinin fəaliyyəti saat 10.00-dan 20.00-dək müəyyən ediləcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.