DÜNYA


Türkiyədə növbəti üçgünlük “Evdə qal!” rejimi başlayıb

Ankara, 23 yanvar, AZƏRTAC

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq edilərək məhdudiyyətlərə uyğun olaraq növbəti 56 saatlıq “Evdə qal!” rejimini başlayıb.

AZƏRTAC xəbər verir ki, yanvarın 22-də Ankara vaxtı ilə saat 21:00-da qüvvəyə minən rejim üç gün davam edəcək və yanvarın 25-i saat 5:00-da başa çatacaq. Həmin gün həftənin ilk beş gününü əhatə edən rejimə uyğun olaraq saat 21:00-da səkkiz saatlıq “Evdə qal! məhdudiyyəti tətbiq ediləcək.

Səhiyyə Nazirliyinin məlumatına görə, yanvarın 22-də ölkə üzrə 163 min 342 nəfər koronavirus testindən keçirilib. Onlardan 5969 nəfərdə infeksiya aşkarlanıb, 734 nəfər COVID-19 infeksiyası səbəbindən xəstəxanalara yerləşdirilib. Sutka ərazində 149 nəfər bu infeksiyanın qurbanı olub, 6018 nəfər sağalıb. COVID-19 yayılandan indiyədək Türkiyədə bu xəstəliyə 2 milyon 418 min 472 nəfər yoluxub, 24 min 789 nəfər vəfat edib. Hazırda 2003 nəfər reanimasiyadadır.

Qeyd edək ki, hazırda Türkiyədə “Evdə qal!” rejimini iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21-dən başlanan reyim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.