DÜNYA
Türkiyədə terror aktı: 2 nəfər həlak olub, 16 nəfər yaralanıb VİDEO
Bakı, 24 noyabr, AZƏRTAC
Bu gün yerli vaxtla saat 8:05 radələrində (Bakı vaxtilə 9:05) Türkiyənin Adana şəhərində partlayış törədilib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, şəhər valiliyinin avtomobil dayanacağında baş verən partlayış nəticəsində 2 nəfər həlak olub, 16 nəfər yaralanıb. Həmçinin yaxınlıqdakı avtomobillərə və valiliyin binasına ziyan dəyib. Hadisə yerinə çoxlu sayda təcili yardım briqadaları və yanğınsöndürənlər cəlb olunub.
Adana valisi Mahmud Dəmirtaşın sözlərinə görə partlayışın bir qadın tərəfindən törədildiyi ehtimal olunur. İçərisinə bomba qoyulmuş avtomobilin valiliyin giriş qapısının yaxınlığında partladıldığı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]