SİYASƏT


Türkiyəli professor: Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılmasının qarşısı alınmalıdır

Ankara, 17 sentyabr, AZƏRTAC

Avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində çox sayda insan həyatını itirdi və yaralandı, evsiz-eşiksiz qalanlar oldu. Bu fürsətdən istifadə edən Ermənistan rəhbərliyi Livan ermənilərinin işğal altındakı Azərbaycan ərazilərində məskunlaşdırılması prosesinə başladı. Bu qanunsuz köçürülmə ciddi problemlər yarada bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında tarixçi alim, Qazi Universitetinin professoru Selma Yel söyləyib.

Bundan əvvəl də yaranmış böhrandan istifadə edərək Suriya ermənilərinin işğal altındakı Azərbaycan torpaqlarında yerləşdirildiyini vurğulayan alim deyib: “Baş verənlərə diqqət edəndə görürük ki, tarixi proseslər yenə də yurdundan edilən ermənilər vasitəsilə təkrarlanır. Belə bir məsəl var: su yatar, düşməz yatmaz. Təxminən iki yüz il əvvəl başlanan ermənilərin bölgədə məskunlaşdırılması siyasəti bu gün də dəyişməyib. Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq hüquq çərçivəsində son verilməlidir. Əks halda, xarici ölkələrdən köçürülən ermənilərin qanunsuz məskunlaşdırlması ilə Qarabağ münaqişəsinin həlli mümkünsüz hala salına bilər. Livan ermənilərinin işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz köçürülməsinin humanist məqsəd daşımadığı əsaslandırılmalı və prosesin dayandırılmasına nail olunmalıdır. Bütün dünyaya açıq şəkildə bəyan edilməlidir ki, bölgədə baş verən xoşagəlməz hadisə və proseslərin məsuliyyəti Ermənistanın üzərinə düşür.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.