SİYASƏT


Türkiyənin Milli Müdafiə Nazirliyi Kəlbəcərin azad olunması ilə bağlı paylaşım edib

Ankara, 25 noyabr, AZƏRTAC

Qəhrəman Azərbaycan Ordusunun qazandığı böyük zəfərlə bağlı əldə olunan razılaşmaya əsasən Ağdamdan sonra Kəlbəcər də azad edildi. Kəlbəcər 27 il sonra sahiblərinə qovuşdu.

AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yer alan paylaşımda əksini tapıb. Paylaşımda, həmçinin qeyd olunub: “Şanlı ay-ulduzlu bayrağımız azan sədaları altında Kəlbəcərdə də dalğalanacaq”.

Paylaşımda Müzəffər Azərbaycan Ordusunun Kəlbəcərə daxil olmasını əks etdirən fotolar da yer alıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.