DÜNYA
Türkiyənin Moldovadakı səfiri Qaqauz Yerinə vida səfəri edib
Kişineu, 28 iyul, AZƏRTAC
Türkiyənin Moldovadakı səfiri missiyasını başa çatdıran Mehmet Səlim Kartal iyulun 28-də Qaqauz Yeri Muxtar Ərazi Qurumuna vida səfəri edib.
AZƏRTAC “Gagauzinfo.MD.” xəbər portalına istinadla xəbər verir ki, Türkiyə diplomatik nümayəndəliyinin başçısı Qaqauz Yerinin paytaxtı Komrat şəhərində muxtar qurumun başkanı İrina Vlax və Xalq Məclisinin sədri Dmitri Konstantinov ilə görüşüb.
İ.Vlax konstruktiv əməkdaşlığa və muxtar ərazi qurumunda çoxsaylı sosial, mədəni, humanitar və təhsil layihələrinin həyata keçirilməsinə görə səfirə təşəkkür edərək vurğulayıb ki, Qaqauz Yeri yarandığı gündən Türkiyə Cümhuriyyəti onun strateji tərəfdaşlarından biridir. O ümidvar olduğunu bildirib ki, Türkiyənin TİKA agentliyinin Qaqauz Yerində həyata keçirdiyi prioritet layihələr başa çatdırılıcaq. Başkan görülmüş işlərə təşəkkür əlaməti olaraq Mehmet Səlim Kartala muxtariyyətin 25 illiyinə həsr olunmuş yubiley medalı təqdim edib.
Qaqauz Yeri Xalq Məclisinin sədri Dmitri Konstantinov da fəaliyyətinə görə səfirə təşəkkür edib, Türkiyənin Moldovadakı səfirliyinin fəaliyyətini yüksək qiymətləndirib.
Qeyd edək ki, Mehmet Səlim Kartal 2012-ci ildən Moldovanın Türkiyədəki səfiri vəzifəsində çalışır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu