Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Türkiyənin “TRT World” kanalı Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı geniş reportaj yayıb VİDEO

Bakı, 24 avqust, AZƏRTAC 

Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - “TRT World” Ermənistanın ötən ay Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı geniş reportaj yayıb.

AZƏRTAC xəbər verir ki, kanalın heyəti Ermənistanın təxribatına məruz qalan ərazilərdə çəkiliş aparıb.

“TRT World”ün müxbiri Oubai Şahbandar dünyanın ən həssas sərhədlərindən birində baş vermiş toqquşmanın onu yenidən Azərbaycana – illər ərzində daha yaxından tanıdığı ölkəyə gətirdiyini deyir. O, tamaşaçılara Ermənistan silahlı qüvvələrinin təxribatı barədə ətraflı məlumat verir. Bildirir ki, toqquşma zamanı hər iki tərəf itki verib. Azərbaycanlı əsgərlər həqiqətən də Birinci Dünya müharibəsinin mənzərəsini xatırladan səngərlər qazıblar. Burada gərginlik hələ də yüksəkdir, hər an gözlənilmədən döyüş yenidən başlaya bilər. Tovuzda baş verən toqquşma həqiqi narahatlığa səbəb oldu. Bu toqquşma müharibəyə çevrilə bilərdi.

Reportajda sərhəddə xidmət edən leytenant Ülvi Vəlizadənin aşağıdakı fikirlərinə yer verilir: “Mən döyüş başlayan ilk saatlardan, ilk dəqiqələrdən sırf döyüş mövqeyindəyəm. Əvvəlcə düşmən minaatanlardan, digər iriçaplı silahlardan atəş açmağa başladı. Üç gün şiddətli döyüşlər getdi. Mən də düşmənlə bilavasitə təmas xəttində döyüşlərdə iştirak etdim. Düşmənin təxribatının qarşısı silahlı qüvvələrimiz tərəfindən alındı və o, geri oturduldu”.

Tovuzun tarixi haqqında məlumat verən müxbir qeyd edir ki, bu rayon Qafqazın ən zəngin kənd təsərrüfatı mərkəzlərindən biridir və o, istehsal etdiyi konyakı ilə məşhurlaşıb.

Reportajda ermənilərin açdıqları atəş nəticəsində dağıdılmış evlər, mülki insanların vəziyyəti nümayiş etdirilir. Müəllif deyir ki, bu evlərə baxdıqda ağır atışmanın dağıdıcı nəticəsini görürsən. Dünyadakı digər münaqişələrdən gördüyümüz odur ki, mülki şəxslər bu cür döyüşün ən pis tərəflərinə belə dözərək öz evlərində yaşamağa öyrəşiblər.

Tovuz rayonunun sakini Elman Əsədullayev deyir ki, ermənilər artıq 30 ildir Azərbaycana hücum edirlər. Biz hər zaman sülh tərəfdarı olmuşuq, məsələnin danışıqlar yolu ilə həllini istəmişik. Lakin onlar hücum edib bizim mülki insanları öldürürlər. Fikrimcə, onlar qəsdən belə edirlər ki, bizi təxribata cəlb etsinlər. Sonra da “bizə kömək edin” deyib beynəlxalq ictimaiyyətə yalvarmağa başlasınlar. Bura bizim torpağımızdır.

Müəllif bildirir ki, son toqquşma Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla danışıqları ciddi tənqid edəndən bir həftədən az müddət keçdikdən sonra başladı. Ermənistan Dağlıq Qarabağ regionu daxil olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır.

Reportajda Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirlərinə geniş yer verilib.

Hikmət Hacıyev qeyd edir ki, əslində, Paşinyan hakimiyyətə gəldikdən sonra Azərbaycanın bəzi gözləntiləri var idi. Azərbaycanın gözləntisi var idi ki, Paşinyan çox güman Ermənistanın rəhbərliyindən fərqli siyasət yürüdəcək: “Azərbaycan Prezidentinin Paşinyanla Düşənbə görüşünü xatırlatmaq istərdim. Ermənistanın baş naziri ona ölkəsində bir sıra işlərin görülməsi, parlament seçkilərinin keçirilməsi və s. üçün vaxt verilməsini xahiş etdi. Biz danışıqlar prosesində konstruktiv öhdəliyi təmin etdik və vaxt verməyə, tərəfimizdən atəşkəs rejiminin təmin edilməsinə çalışdıq. Lakin təəssüflər olsun ki, biz qarşılıq görmədik. Ermənistan hökuməti destruktiv siyasətinə davam etdi. İlk olaraq bu, yeni ərazilərə iddia və Ermənistanın müdafiə naziri tərəfindən yeni müharibələrə açıq çağırışın əks olunduğu aqressiv hərbi doktrina ilə başladı. Sonra Ermənistanın təhlükəsizlik naziri bildirdi ki, Azərbaycan ərazisinin bir qarışı da qaytarıla bilməz. Daha sonra Paşinyan qeyd etdi ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə.

Müxbir bildirir ki, iyulun 14-də Azərbaycan generalını itirməklə ən böyük itkilərindən birini verdi. Minlərlə insan Bakının küçələrinə axışdı. Onlar Ermənistanla müharibəyə və Ermənistan tərəfindən işğal edilmiş Qarabağın azad edilməsinə çağırış səsləndirdilər.

Müəllifin “Cənubi Qafqazda baş verənlər hər zaman digər regional gücləri də özünə cəlb edəcək. Rusiya ordusu Tovuz döyüşündən qısa zaman sonra təəccüblü hərbi təlim keçirdi. Ermənistanın Rusiya ilə uzun müddət davam edən müttəfiqliyi var. Biz bu yaxınlarda Rusiya ordusunun ölkənin Azərbaycandan uzaq olmayan cənub-qərbində böyük hərbi təlim keçirdiyini gördük. Bu sizi narahat etdi?” sualına cavabında Prezidentin köməkçisi deyir: “Bəli, bizim bəzi narahatlığımız var idi və biz rusiyalı tərəfdaşlarımızla əlaqə qurduq. Rusiya da qonşu ölkədir və bu eskalasiyanın ortasında Rusiyanın ərazisində intensiv hərbi təlim keçirməsi barədə məlumat var idi. Ermənistan diviziyası da bu prosesə qoşuldu, lakin bizim Müdafiə Nazirimizin Rusiyanın Müdafiə naziri ilə danışığı oldu və biz bu iki hadisənin heç bir vəchlə bir-biri ilə əlaqəsinin olmamasına əmin olduq”.

Müxbir: Lakin buna baxmayaraq, Kremlin döyüşlərin ortasında yüzlərlə ton silah-sursatı İranın hava ərazisi ilə Ermənistana ötürməsi barədə hesabatlar üzə çıxdı. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı qaldırdı. Azərbaycan ilə uzun zamandan bəri strateji tərəfdaş olan Türkiyə isə buna Azərbaycan Ordusu ilə birgə təlimlər keçirməklə cavab verdi. Bu, Ermənistana səhv etməməsi üçün bir mesaj idi. Azərbaycanın Ermənistan ilə 1994-cü ildə atəşkəs müqaviləsi imzalamasına baxmayaraq, münaqişə o zamandan bəri qeyri-müəyyən fasilələrlə davam edir. Azərbaycanın hərbi rəhbərliyi gərginliyin əsas səbəbləri həll edilməyincə daha çox toqquşmanın baş verəcəyi barədə xəbərdarlıq edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı reportajda deyir: “Hərbçi olaraq bizim vəzifəmiz müharibəyə hazır olmaqdır. Azərbaycan Ordusu istənilən halda münaqişənin hərbi yolla həll olunmasında iştirak edə bilər. 2016-cı ildə Azərbaycan Ordusu münaqişənin hərbi yolla həll olunmasının mümkünlüyünü göstərdi. Bir sözlə, Azərbaycan Ordusu müharibəyə hazırdır.

Ali Baş Komandanın tapşırığına əsasən, 2014-cü ildən başlayaraq Azərbaycan Ordusunda genişmiqyaslı islahatlara start verildi. Xüsusilə şəxsi heyətin komplektləşdirilməsi, ordunun müasirləşdirilməsi, ən yüksək dəqiqliyə malik silahların alınıb yerləşdirilməsi məsələsi. Erməni tərəfi itkilərinin çox az olduğunu desə də, amma bizim apardığımız çəkilişlər və əldə etdiyimiz əməliyyat məlumatları onu deməyə əsas verir ki, ölü və yaralı olaraq düşmən tərəfi yüzlərlə itki verib”.

Jurnalist: Münaqişə geosiyasi baxımdan bir çox nəticələrə səbəb ola bilər. Milyardlarla dolların idarə olunması təhlükə altında düşə bilər. Uinston Çörçil demişdir: Əgər neft kraliçadırsa, Bakı onun tacıdır. Ən son döyüş strateji Gəncə boşluğunda baş verib. Bu ticari dəhliz yüz kilometr uzunluğundadır və üç əsas neft və qaz borusundan Qərbə tonlarla enerji resursları ötürür. Mən SOCAR-ın vitse prezidenti Elşad Nəsirovla söhbət edərək Ermənistanla gərginliyin dünyada neft daşımalarına necə təsir etdiyini öyrəndim.

Elşad Nəsirov: “Vəziyyət çox ciddidir. Çünki burada təkcə Azərbaycanın təhlükəsizliyi deyil, Avropada enerji təhlükəsizliyini təmin edən infrastruktur təhlükədədir. Əgər siz Avrasiyanın xəritəsinə baxsanız şimaldakı Barens dənizindən cənubdakı Fars körfəzinə qədər Azərbaycanın üzərində olduğu meridianda yalnız üç ölkə olduğunu görərsiniz. Şimalda Rusiya, cənubda İran və ortada Azərbaycan. Beləliklə, Xəzərin enerji resurslarını Avropa İttifaqı ölkələrinə çatdıra biləcək dəhliz Azərbaycan, Gürcüstan və Türkiyədir”.

Oubai Şahbandar diqqətə çatdırır ki, yüz minlərlə azərbaycanlı Qarabağın işğal olunmuş şəhər və kəndlərindəki ata-baba yurdlarından kütləvi şəkildə qovulub. Bu, Azərbaycan və Ermənistan arasındakı münaqişənin əsas problemlərindəndir. Azərbaycan icmasının nümayəndələri bildirirlər ki, bir gün ermənilərlə birlikdə yaşamaq mümkün ola bilər, lakin onlar öz torpaqlarına geri qayıtmadan uzunmüddətli sülh real deyil.

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev:

Ermənistanla Azərbaycan sərhədində yaşanan ən son gərginlik və Ermənistan silahli qüvvələrinin Azərbaycanın digər torpaqlarına da hücum və işğal etmək cəhdləri vəziyyətin nə dərəcədə həssas olduğunu və bu münaqişənin ən tez zamanda həll edilməsinin zəruriliyini göstərdi. Ermənilərin bu özbaşınalığı üçüncü onillikdir ki, davam edir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətraf rayonlarını işğal altında saxlayır. Bu dəfə isə gərginlik Azərbaycanın işğal olunmuş regionlarında yox, Dağlıq Qarabağdan 130 kilometr aralıda baş verdi. Bu da onu göstərir ki, bu Ermənistanın Azərbaycana qarşı planlaşdırılmış hücumudur. Bizim böyük ümidlərimiz var ki, öz doğma torpaqlarımıza qayıdacağımız günlər gəlib çatacaq və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini və pozulmuş hüquqlarımızı bərpa edəcəyik. Atəşkəs hər zaman davam etmək üçün deyil. Buna görə də bizim üçün çox vacibdir ki, bu münaqişəni ən tez zamanda həll edək. Yoxsa bu növbəti nəsillər üçün çox ağır bir yük olacaq.

Jurnalist deyir ki, tarixin ağır yük daşıması çətinliklərə gətirib çıxara bilər. Bakının qədim hissəsində Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş abidə var. Bununla bağlı Hikmət Hacıyev deyir: “Bu abidə 1918-ci ili xatırladır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı, Türkiyə bolşevik və daşnak ordularının Bakıda törətdikləri qətliamla mübarizədə Azərbaycana qardaş əlini uzatdı. Yüz il sonra - 2018-ci ildə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri Bakının küçələrində yeni və köhnə formalarla yürüş etdilər.

Sonda müəllif vurğulayır ki, dondurulmuş münaqişə olmur. Münaqişə kökündən həll olunanadək münaqişə olaraq qalır. Əgər həll olunmasa o partlaya bilər. Biz Azərbaycandan bir daha ayrılmağa hazırlaşarkən mən özümdən asılı olmayaraq düşündüm ki, görəsən bir də nə vaxt bu gözəl ölkəyə bu savaşın yeni qığılcımını işıqlandırmaq üçün qayıtmalı olacağam. Bu münaqişənin sonu hələ görünmür.

Türkiyənin “TRT World” kanalı Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı geniş reportaj yayıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub