DÜNYA


Türkiyənin heç bir qonşu ölkəyə ərazi iddiası yoxdur

Afina, 7 dekabr, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana rəsmi səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər zamanı Yunanıstan Prezidenti Prokopis Pavlopulos və Baş nazir Aleksis Tsiprasla görüşlər keçirilib.

Prezident Prokopis Pavlopulosla keçən görüşdə Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan Lozanna sazişinə yenidən baxılmasının vacibliyini bildirib. Qeyd edib ki, 1923-cü ildə imzalanmış Lozanna sazişi 94 il bundan əvvəl yazıldığına görə, bəzi incəliklərə yenidən baxılması zəruridir və bu saziş yalnız Türkiyə və Yunanıstanı deyil, digər 11 ölkəni də nəzərdə tutur. Prezident beynəlxalq təcrübəni əsas götürərək sazişlərin yenilənməsi təcrübəsinə toxunub.

Baş nazir Aleksis Tsiprasın Rəcəb Tayyib Ərdoğanla görüşündə isə Türkiyə Prezidenti bildirib ki, ölkəsinin heç bir qonşu ölkəyə ərazi iddiası yoxdur.

Qeyd edək ki, 65 ildə birinci dəfədir ki, Türkiyə Prezidenti Yunanıstana səfər edir. Rəcəb Tayyib Ərdoğan 2004 və 2010-cu illərdə Baş nazir vəzifəsində Yunanıstana rəsmi səfər etmişdir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.