ELM VƏ TƏHSİL


“Türkologiya” jurnalının yeni nömrəsi çapdan çıxıb

Bakı, 19 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2019-cu il üçün 1-ci nömrəsi çapdan çıxıb.

Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov AZƏRTAC-a bildirib ki, bu nömrədə Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Rusiya (Başqırdıstan), Macarıstan və Özbəkistan alimlərinin türkologiyanın müxtəlif sahələrinə aid məqalələri dərc olunub. O, həmçinin qeyd edib ki, jurnalın bu nömrəsində “İmadəddin Nəsimi–650”, “Klassik irs – Portretlər”, “Dilçilik”, “Ədəbiyyat və folklor”, “Mifologiya”, “Mədəniyyət və incəsənət”, “Müzakirə və diskussiya” rubrikalarında Nəsimi yaradıcılığına həsr edilmiş dəyərli bir araşdırma, eləcə də Türkiyə türkcəsi və Azərbaycan dilini qarşılıqlı anlama aspektindən leksik müqayisəsinə, Azərbaycan dilinin milli korpusunun yaradılmasına, “Vərqa və Gülşa” məsnəvisinin yeni nüsxəsinə, başqırd mifologiyasına, Macarıstandakı türk mətbəxinə və M.T.Zehtabinin “İran türklərinin əski tarixi” kitabında Azərbaycan məsələsinə dair orijinal elmi-nəzəri məqalələr dərc olunub. “Resenziyalar” və “Personalia” rubrikalarında isə türkologiya sahəsindəki əlamətdar hadisələrə dair maraqlı yazılara yer verilib.

“Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.