UEFA Çempionlar Liqası: Həftənin rəmzi komandası açıqlanıb
AzerTAg.az

Bakı, 18 may, AZƏRTAC
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.
AZƏRTAC xəbər verir ki, rəmzi komandada qapıçı - Ederson ("Mançester Siti"), müdafiəçilər - Kayl Uolker, Manuel Akanci (hər ikisi "Mançester Siti"), Françesko Açerbi, Federiko Dimarko (hər ikisi "İnter"), Malik Tşau ("Milan"), yarımmüdafiəçilər - Kevin De Brüyne, Bernardu Silva (hər ikisi "Mançester Siti"), Hakan Çalhanoğlu ("İnter"), hücumçular - Xulian Alvares ("Mançester Siti") və Lautaro Martines ("İnter") yer alıblar.
Qeyd edək ki, Çempionlar Liqasının finalında "Mançester Siti" və "İnter" klubları üz-üzə gələcəklər. Həlledici qarşılaşma iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.
Xəbərin mətnində orfoqrafik səhv var