İDMAN


UEFA Çempionlar Liqası: PSJ və “Liverpul” səfərdə qələbə qazanıb

Bakı, 17 fevral, Nicat Məmmədov, AZƏRTAC

Fevralın 17-də UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, mərhələnin ilk oyun günündə iki qarşılaşma təşkil olunub.

Səkkizdəbir final mərhələsinin maraq doğuran görüşlərindən biri İspaniyada “Nou Kamp” stadionunda keçirilib.

“Barselona” öz meydanında Fransa çempionu “Paris Sen-Jermen” komandasını qəbul edib. Görüş qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb - 1:4. Fransalıların heyətində Kilyan Mbappe (3) və Mouse Kin fərqləniblər. Kataloniyalıların yeganə qoluna penaltidən Lionel Messi imza atıb.

Günün ikinci qarşılaşmasında İngiltərənin “Liverpul” klubu Almaniyanin “Leyptsiq” komandasının qonağı olub. Koronavirusa görə, qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da oynanılıb.

Bu qarşılaşma da qonaqların qələbəsi ilə yekunlaşıb.

Mersessayd təmsilçisi 53-cü və 56-cı dəqiqələrdə Məhəmməd Salah və Sadio Manenin sayəsində fərqlənərək qələbə qazanıb.

Bu komandaların arasında cavab görüşləri martın 11-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.