İDMAN


UEFA avrokubok yarışlarının yeni formatını təsdiqləyib

Bakı, 10 may, AZƏRTAC

UEFA İcraiyyə Komitəsi 2024/2025-ci il mövsümündən qüvvəyə minəcək avrokubok yarışlarının yeni formatını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, yeni formatda İsveçrə sistemindən istifadə olunacaq.

Çempionlar Liqasında iştirak edəcək klubların sayı 32-dən 36-ya yüksələcək. Ölkəni avrokuboklarda təmsil edəcək komandaların sayı klub əmsallarına görə deyil, əvvəlki mövsümün uğurlarına görə müəyyənləşəcək. Reytinqdə ilk iki yeri tutan ölkə turnirdə əlavə iki yer qazanacaq. Çempionlar Liqasında qrup matçlarının sayını 10-dan 8-ə endiriləcək.

Otuz altı komanda vahid liqada yarışacaq. Rəqiblər mövsümöncəsi reytinq mövqeləri əsasında müəyyənləşəcək. Səkkiz ən yaxşı klub birbaşa turnirin səkkizdəbir final mərhələsinə çıxacaq. Daha 16 komanda növbəti mərhələdə oynamaq hüququ uğrunda mübarizə aparacaq. Oxşar dəyişikliklər Avropa Liqası və Konfrans Liqasında da tətbiq olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.