MƏDƏNİYYƏT
ÜMUMRESPUBLİKA UŞAQ RƏSM MÜSABİQƏSİ KEÇİRİLƏCƏKDİR
Bakı İncəsənət Mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müsabiqədən məqsəd uşaq və yeniyetmələrin təsviri sənətə meylini gücləndirmək, böyüməkdə olan nəsildə ətraf mühitə və milli sərvətlərimizə qayğıkeş münasibət tərbiyə etmək, təbiətimizlə mədəniyyətimiz və adət-ənənələrimiz arasındakı bağlılıq barədə onları məlumatlandırmaqdır.
Təxminən iki ay davam edəcək müsabiqənin birinci ayında rəsmlərin qəbuluna, sonrakı ay isə qaliblərin müəyyənləşdirilməsinə həsr olunacaqdır.
Rəsmlər ayrı-ayrı bölgələr üzrə-Bakı, Gəncə, Şəki, Lənkəran ixtisaslaşdırılmış Uşaq bədii yaradıcılıq mərkəzlərində qəbul edilib mütəxəssislərdən ibarət Təşkilat Komitəsinə göndəriləcəkdir.
Müsabiqədə 14 yaşınadək uşaq və yeniyetmələr iştirak edə bilər. Əsərlər 6-10, 10-14 yaş kateqoriyaları üzrə qiymətləndiriləcəkdir.