ELM VƏ TƏHSİL


UNEC-də onlayn təlimlərə start verilir

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Pedaqoji fəaliyyətdə müasir tədris üsulları” mövzusunda onlayn təlimlərə start verilir.

UNEC–dən AZƏRTAC-a bildirilib ki, tədbir gənc müəllimlərin tədris bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunacaq. Təlimlərdə UNEC-in, eləcə də Zaqatala filialının, universitetin nəzdindəki kolleclərin və digər ali təhsil müəssisələrinin müəllimləri iştirak edə bilərlər. Təlimlər ödənişsizdir.

Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin Keyfiyyətə nəzarət şöbəsinin təşkilatçılığı ilə keçiriləcək 5 günlük təlimlər “Zoom” platforması üzərindən aparılacaq.

Təlimlər Azərbaycanın aparıcı mütəxəssisləri, ABŞ və Türkiyə universitetlərinin professorları tərəfindən keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.