ELM VƏ TƏHSİL
UNEC-in müəllimi Sakarya Universitetində mühazirə oxuyub
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Rəsmiyyə Məmmədova “Mövlanə” mübadilə proqramı çərçivəsində Türkiyənin Sakarya Universitetində beynəlxalq münasibətlər, siyasi tarix və yeni tarix fənlərini tədris edib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, R.Məmmədova “25 il müstəqillik dönəmində Türkiyə-Azərbaycan münasibətləri”, “Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin rolu” və digər mövzularda mühazirə oxuyub.
İki həftə davam edən mübadilə proqramı çərçivəsində R.Məmmədova türkiyəli həmkarları ilə beynəlxalq münasibətlər ixtisasının tədrisi istiqamətində təcrübəsini paylaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:57]
BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər
- 26.04.2024 [12:53]
Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur
- 26.04.2024 [12:49]
“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir
- 26.04.2024 [12:42]
“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə
- 26.04.2024 [12:30]
Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib
- 26.04.2024 [12:28]