ELM VƏ TƏHSİL


UNEC tələbələrinin ifasında Ulu Öndərin sevdiyi mahnı və şeir çələngi

Bakı, 10 may, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Ulu öndərin sevdiyi mahnı və şeir çələngi” adlı konsert proqramı keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, konsertdən əvvəl çıxış edən tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova ulu öndər Heydər Əliyevin xalqımızın dərin köklərə malik milli musiqisinin, eləcə də incəsənətinin bütün sahələrinin gözəl bilicisi olduğunu vurğulayıb. Bildirib ki, “Bizdən sonra əməllərimiz qalacaq” deyən bu müdrik şəxsiyyətin mədəniyyətimizin, o cümlədən musiqimizin himayəsi yönündə gördüyü işləri tarixin yaddaşına köçürmək gənclərin mənəvi borcudur. Səadət Qəndilova bu baxımdan təqdim edilən konsert proqramının böyük əhəmiyyət daşıdığını qeyd edib.

Sonra UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin sevdiyi şeirlər səsləndirilib. UNEC-in istedadlı tələbələrinin ifasında “Küçələrə su səpmişəm”, “Sənsiz”, “Sevgili canan”, “Sənə də qalmaz”, “Üzüyümün qaşı” kimi bəstəkar və xalq mahnıları ifa olunub.

Konsert proqramı tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.