REGİONLAR
Üç ayda Qaxda tikinti işlərinin həcmi 2,5 dəfədən çox artıb
Qax, 6 may, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin birinci rübündə Qax rayonunda 26 milyon 528,3 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 175,6 min manat və ya 4 faiz çoxdur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, yanvar-mart aylarında rayonda faktiki qiymətlərlə 5 milyon 327,4 min manatlıq sənaye, 5 milyon 349,2 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Aqrar sahədə məhsul istehsalı 2,4 faiz artıb. Tikinti işlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artaraq 2 milyon 774,2 min manat təşkil edib. Üç ayda nəqliyyat və anbar təsərrüfatı üzrə xidmətlərin həcmi isə 60,2 faiz artıb.