İQTİSADİYYAT


Üç ayda Səngəçal terminalından 5 milyard kubmetrdən çox “Şahdəniz” qazı göndərilib

Bakı, 29 aprel, AZƏRTAC

Yanvar-mart aylarında Səngəçal terminalından 5 milyard kubmetrdən çox “Şahdəniz” qazı ixrac edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb.

Qeyd edək ki, üç ayda Səngəçal terminalı 60 milyon bareldən çox neft və kondensat, o cümlədən 52 milyon barel Bakı-Tbilisi-Ceyhanla (BTC) və 8 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə (QİBK) ixrac edib. Birinci rübdə terminaldan, həmçinin gündəlik orta hesabla 56 milyon standart kubmetr (1 milyard 897 milyon standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac olunub.

Üç ayda “Azəri-Çıraq-Günəşli” ilə “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və “Şahdəniz” qazı üçün təqribən 85 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 milyon standart kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.