DÜNYA
Ukrayna əhalisinin 70 faizdən çoxu öz prezidentinə etimad göstərir
Kiyev, 11 oktyabr, AZƏRTAC
Oktyabrın əvvəlində keçirilən rəy sorğusunun nəticəsinə görə, ukraynalıların 70,5 faizi Prezident Vladimir Zelenskiyə etimad göstərir. Əhalinin 22,1 faizi isə ölkə başçısına inanmır.
AZƏRTAC xəbər verir ki, bu barədə Razumkov Sorğu Mərkəzinin hesabatında qeyd edilir.
Rəy sorğusunda iştirak edənlərin V.Zelenskinin komandasına inamı isə azdır. Belə ki, sorğuda iştirak edənlərin 54 faizi Ali Radanın sədri Dmitriy Razumkova, 36 faizi Baş Nazir Aleksey Qonçaruka inanır.
Qeyd edək ki, V.Zelenskinin oktyabrın 10-da keçirdiyi ilk press-marafonda jurnalistlərin verdikləri sualların əksəriyyəti Prezidentin komandasındakı kadrların qeyri-peşəkarlığı və inamsızlığı ilə bağlı olub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]
Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb
- 10.05.2024 [13:26]