DÜNYA
Ukrayna müstəqilliyinin 25-ci ildönümünü bayram edir
Kiyev, 24 avqust, AZƏRTAC
Bu gün, avqustun 24-də Ukrayna dövlət müstəqilliyinin 25-ci ildönümünü qeyd edir. Ölkənin əsas milli bayramı ilə bağlı mühüm hadisələrdən biri Kreşşatik küçəsində və Müstəqillik Maydanında keçirilən hərbi parad olub.
İvan Mazepa küçəsində əyinlərinə sarı və göy rəngli nazik idman köynəkləri geyinmiş fləş-mob iştirakçıları nəhəng ölçülü canlı Ukrayna bayrağı yaratmışdılar. Piroqovodakı açıq səma altında muzeydə isə canlı çiçəklərdən düzəldilmiş rekord ölçülü bayraq təqdim ediləcək.
Axşam paytaxtın əsas meydanında Ukraynanın müstəqilliyinin yaşıdları olan musiqiçilərin iştirakı ilə böyük simfonik orkestrin konserti olacaq.
Gün ərzində Kiyevin digər küçə və meydanlarında kobzarlar, banduraçılar və digər artistlər çıxış edəcək, Sofiya meydanında isə “Mini Miss Ukrayna” festivalı keçiriləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev