DÜNYA
Ukraynada koronavirusdan ölənlərin sayı 60 minə çatıb
Kiyev, 14 oktyabr, AZƏRTAC
Ukraynada son sutkada koronavirusa yoluxma halı 19 min nəfərə çatıb.
AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutkada Ukraynada 18881 nəfər koronavirusa yoluxub. Onlardan 4633-ü xəstəxanaya yerləşdirilib, 412 nəfəri həyatını itirib, 7630 nəfər isə müalicəsini başa vurub. Ən çox yoluxma Xarkov vilayətində qeydə alınıb.
Ümumilikdə pandemiya dövründə Ukraynada 2 597 275 nəfər koronavirusa yoluxub, onlardan 2 312 361 nəfəri sağalıb, 59 935-i həyatını itirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]