Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ukraynada yaşayan azərbaycanlılar Prezident İlham Əliyevə dəstək müraciəti qəbul ediblər VİDEO

Kiyev, 9 oktyabr, AZƏRTAC

Azərbaycanın Ukraynadakı səfirliyində bu ölkədə fəaliyyət göstərən ziyalı, diaspor rəhbərləri, iş adamları olan soydaşlarımızla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və Ermənistanın təxribatı nəticəsində həlak olan mülki şəxslərin, hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sonra çıxış edən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova bildirib ki, Ermənistanın müharibə cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün xaricdə yaşayan soydaşlarımızın, xüsusilə ziyalılarımızın, diaspor təşkilatlarının, iş adamlarının üzərinə böyük məsuliyyət düşür.

“Ukraynada yaşayan soydaşlarımız bu istiqamətdə aktiv fəaliyyət göstərirlər. Ancaq Ermənistanın müharibə cinayətlərini daha geniş auditoriyaya çatdırmaq üçün mətbuat orqanlarından intensiv istifadə olunmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın çirkin əməllərini dünya ictimaiyyətinə çatdırmaq üçün hər gün xarici telekanallara, informasiya resurslarına müsahibə verir. Bu müsahibələrində dövlət başçımız dünyaya öz mesajlarını, Azərbaycanın haqlı mövqeyini çatdırır”, - deyə səfir əlavə edib.

Sonra Azərbaycan Müdafiə Nazirliyinin Ukraynadakı hərbi attaşesi polkovnik İlqar Ağayev Milli Ordumuzun uğurlu əks-həmləsi barədə soydaşlarımızı məlumatlandırıb, Azərbaycanın işğaldan azad olunan əraziləri barədə danışıb.

Tədbirdə çıxış edən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq elmləri doktoru Hikmət Cavadov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukraynanın sabiq energetika nazirinin müavini, iş adamı Burzu Əliyev, hüquq elmləri doktoru, akademik Arif Quliyev, professor, tarix elmləri doktoru Fərhad Turanlı, “Mir azerbaydjantsev Ukrainı” ictimai təşkilatının sədri Şakir Yəhyayev, Kiyev şəhəri müsəlman “İşıq” təşkilatının sədri Hacı Əbülfəz Qasımov, iş adamları Akif Gülməmmədov, İlqar Abbasov, Ümumukrayna Azərbaycanlı Gənclər təşkilatının sədri Damət Əsgərov və digərləri hər zaman Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusunun yanında olduqlarını bəyan ediblər. Qeyd edilib ki, Ermənistanın işğalçı siyasətini Ukrayna ictimaiyyətinə çatdırmaq üçün bu ölkənin media platformasında geniş istifadə olunur. Bu işdə Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımıza böyük dəstək olur. Diaspor rəhbərləri və iş adamları bu günlərdə Ukraynanın müxtəlif bölgələrindən Azərbaycan Ordusuna maddi və ərzaq yardımına başlayıb. Artıq yük avtomobilləri Azərbaycana üz tutublar. Çıxışçılar bildiriblər ki, Ali Baş Komandan tam səfərbərlik elan edərsə, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün döyüşməyə tam hazırdırlar.

Müzakirələrin sonunda səfir səsləndirilən təklif və tövsiyələrin müvafiq qurumlara çatdırılacağını və müvafiq qərarların qəbul ediləcəyini söyləyib.

Sonda tədbir iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə dəstək müraciəti qəbul olunub.

Müraciətdə deyilir ki, son günlər cəbhə bölgəsindən gələn xəbərlər Ukraynada yaşayan bütün azərbaycanlıları sevindirir və qürurlandırır. Qüdrətli ordumuz öz Ali Baş Komandanının göstərişi ilə sarsılmaz gücünü düşmən üzərində böyük əzmlə göstərir.

“Cənab Prezident, bu gün Sizin Ali Baş Komandanlığınızla Milli Ordumuzun rəşadəti sayəsində mənfur düşmən işğal etdiyi Azərbaycan torpaqlarından qovulmaqdadır. Dövlətimizin erməni təcavüzkarlarına qarşı informasiya müharibəsinin uğurla aparılmasında, erməni saxtakarlığını ifşa edən, təkzibedilməz dəlillərə əsaslanan publisistik və elmi əsərlərdən ibarət materialların Ukraynada davamlı şəkildə yayılmasında rol oynayan Ukraynada yaşayan azərbaycanlı ziyalılar müqəddəs Vətənimizin ərazi bütövlüyü uğrunda gedən haqq savaşında Azərbaycan dövlətinin və Milli Ordumuzun daim yanında olduğunu bəyan edir. Siz və Sizin əmrinizdə olan Azərbaycan Ordusu düşmənlərimizə və bütün dünyaya göstərdi ki, biz Qarabağ uğrunda, öz torpaqlarımız uğrunda sona qədər döyüşməyə hazırıq. Tarixi ədalət bizim tərəfimizdədir. Sizə dərin hörmət və dəstəyimizi bir daha bildirir, hər an əmrinizdə olduğumuzu ifadə etmək istəyirik. Biz həmişə Vətənimiz Azərbaycanın yanındayıq və Sizin yürütdüyünüz siyasəti tamamilə dəstəklədiyimizi bildiririk”, - deyə müraciətdə qeyd olunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ukraynada yaşayan azərbaycanlılar Prezident İlham Əliyevə dəstək müraciəti qəbul ediblər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb  YENİLƏNƏCƏK

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir- MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir