REGİONLAR


Ukraynalı uşaqlara Qəbələdə sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək

Ukraynalı uşaqlara Qəbələdə sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək

Qəbələ, 5 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gəlmiş Ukraynadakı müharibədən əziyyət çəkən 30 nəfər ukraynalı uşaq və gənc Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Mərkəzdə uşaqlara 15 gün ərzində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək. Reabilitasiya müddətində peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa məşğələləri vasitəsilə azyaşlıların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək. Reabilitasiya müddətində uşaqların mədəni-asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə tarixi yerlərə, muzeylərə ekskursiyalar da təşkil olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.