Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ulu Öndər Heydər Əliyev Azərbaycanda vətəndaş mənafeyinə xidmət edən məhkəmə-hüquq islahatlarının müəllifidir

Ulu Öndər Heydər Əliyev Azərbaycanda vətəndaş mənafeyinə xidmət edən məhkəmə-hüquq islahatlarının müəllifidir

Bakı, 18 aprel, AZƏRTAC

Hər bir xalqın tarixən qarşıya qoyduğu dövlətçilik ideallarına qovuşması, strateji milli hədəflərə doğru inamla irəliləməsi hansısa ekstremal şəraitdə önə çıxan, mütərəqqi siyasi baxışları ilə insanları ətrafında birləşdirməyi bacaran siyasi xadimlərin yüksək idarəçilik keyfiyyətləri sayəsində mümkün olub. Anadan olmasının 100 illiyi təkcə Azərbaycanda deyil, digər ölkələrdə də silsilə anım tədbirləri ilə qeyd edilən Ümummilli Lider Heydər Əliyev XX əsrdə xalqımızın dünya tarixinə və siyasi səhnəsinə bəxş etdiyi böyük şəxsiyyətlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamında Ulu Öndərin xalq və dövlət qarşısındakı xidmətləri xüsusi vurğulanır: “Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Siyəzən Rayon Məhkəməsinin sədri Bəylər Ələkbərovun “Ulu Öndər Heydər Əliyev Azərbaycanda vətəndaş mənafeyinə xidmət edən məhkəmə-hüquq islahatlarının müəllifidir” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Ulu Öndər Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyü, gücü və qüdrəti onun ideyalarının təkcə milli inkişaf təmayüllərini deyil, ümumən cəmiyyətdə hər bir fərdin maraq və mənafelərini özündə ehtiva etməsi ilə şərtlənir. Ümummilli Lider siyasi fəaliyyətinin hər iki mühüm mərhələsində dövlətçilik sütunlarının möhkəm iqtisadi, siyasi, hüquqi və mənəvi təməllər üzərində qurulmasına, cəmiyyətin milli hədəflər ətrafında birləşməsinə çalışmaqla yanaşı, insan və şəxsiyyət amilinin sosial-hüquqi statusunu da daim uca tutub. Ədaləti, haqqı və qanunun aliliyini üstün tutan kamil şəxsiyyət olan Heydər Əliyev yaxşı bilirdi ki, hər bir dövlətin, cəmiyyətin dayanıqlı, sağlam bazis üzərində inkişafı insan və vətəndaş hüquq-azadlıqlarına etibarlı təminat mexanizmlərinin formalaşdırılmasından keçir.

Ulu Öndər Heydər Əliyev Azərbaycana 1969-1982-ci illəri əhatə edən birinci rəhbərliyi dövründə keçmiş ittifaqın formalaşdırdığı ideoloji-siyasi, hüquqi baryerləri əzmlə aşaraq, vətəndaş hüquqlarının yüksək səviyyədə qorunmasına çalışır, insanları narahat edən neqativ hallara qarşı əzmkar mübarizə aparırdı. Həmin illərdə korrupsiya, dövlət əmlakının mənimsənilməsi və digər hüquqazidd hallara qarşı barışmaz mübarizə aparan Ümummilli Lider Heydər Əliyev vətənpərvər düşüncəli ziyalıları – yaradıcı fəaliyyətləri ilə milli özünüdərkin inkişafına təkan verən ictimai xadimləri, elm və ədəbiyyat adamlarını, tarixçiləri, dövlət məmurlarını keçmiş ittifaqın təzyiqlərindən, repressiv addımlarından qorumağı bacarmışdı.

Respublika rəhbəri hüquq sistemində müstəsna yeri olan Ədliyyə Nazirliyinin 1970-ci ildə yenidən təsis edilməsi, daxili işlər və prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparılması ilə paralel şəkildə hüquq təhsilinin inkişafını da diqqət mərkəzində saxlayırdı. Ozamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin kasıb və imtiyazsız təbəqənin övladları üçün əlçatmaz olmasından narahatlıq keçirən Heydər Əliyev bu sahədə şəffaf mexanizmin tətbiqini nəzərdə tutan sərəncam imzalamış, hüquqşünas kadr hazırlığı işini nəzarətinə götürmüşdü.

Ulu Öndər Heydər Əliyev sonralar – müstəqil Azərbaycana rəhbərliyi dövründə bu qərarı ilə bağlı deyirdi: “Mən vəzifədə olan şəxslərin, xüsusən hüquq-mühafizə orqanlarında - milisdə, prokurorluqda və sairə - çalışan şəxslərin uşaqlarının bu fakültələrə qəbul olunmasını qadağan etdim. Bu, cəmiyyətdə çox böyük əhval-ruhiyyə yaratdı. İndi mən prokurorluqda, polisdə çalışan bəzi işçilərlə görüşürəm. Onlar deyirlər ki, “Bilirsiniz, biz o vaxt Sizin sayənizdə hüquq fakültəsinə daxil ola bildik. Yoxsa bu fakültəyə girə bilməzdik, çünki biz kənddən gəlmişdik, kasıb adam idik, nə rüşvət verməyə pulumuz, nə də himayədarlıq etməyə adamımız var idi”.

Ulu Öndər Heydər Əliyevin 1981-ci ildə “Literaturnaya qazeta”da dərc olunmuş “Qoy, ədalət zəfər çalsın!” sərlövhəli müsahibəsi isə bütövlükdə keçmiş ittifaqda böyük səs-küyə səbəb olmuş, ozamankı rejimin qüsur və nöqsanlarını, insan hüquqlarının müdafiəsi sahəsindəki boşluqları, vəziyyətdən çıxış yollarını göstərmişdi. Ümummilli Lider Heydər Əliyev bu gün də yeni dövrün çağırışlarına cavab verən mütərəqqi məhkəmə-hüquq hüquq islahatlarının bünövrəsini qoyan, ölkədə hüquqi dövlət ideyasının praktik şəkildə gerçəkləşdirilməsi üçün siyasi iradə nümayiş etdirən böyük strateq kimi ehtiramla xatırlanır. Ulu Öndərin bu sahədə ilk mühüm addımlarından olan “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında” 1994-cü il 9 avqust tarixli Fərmanı ölkədə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, cinayətkarlığın bütün forma və təzahürlərinə, rüşvətxorluq və korrupsiya kimi neqativ hallara qarşı səmərəli mübarizənin təşkilinə, hüquq-mühafizə orqanlarının uzunmüddətli dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaradıb.

Müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanması məqsədilə xüsusi komissiyanın yaradılması, bu prosesdə görkəmli hüquqşünasların və ictimaiyyət nümayəndələrinin iştirakının təmini və nəhayət, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbulu Ümummilli Liderin milli dövlətçilik qarşısında böyük tarixi xidmətlərindən biri kimi qeyd olunmalıdır. Siyasi, iqtisadi və hüquqi sistemin, dövlət idarəetməsinin modernləşməsi prosesində yeni mərhələnin əsasını qoyan ilk milli Konstitusiyamızın müddəalarının üçdəbirinin insan hüquq və azadlıqları ilə bağlı olması onun demokratikliyini, beynəlxalq konvensiyalara cavab verdiyini bir daha təsdiqləyir.

Əsas Qanun hakimiyyət bölgüsü prinsipi ilə yanaşı, məhkəmə hakimiyyətinin fundamental əsaslarını da özündə ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına inzibati və məhkəmə təminatı verir. Əsas Qanunun VII fəslində isə hakimiyyət bölgüsü prinsipinin mühüm şərtlərindən biri kimi məhkəmə hakimiyyətinin müstəqilliyi birmənalı təsbit edilib. Konstitusiyanın 125-ci maddəsinin (Məhkəmə hakimiyyətinin həyata keçirilməsi) birinci bəndinə əsasən, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Qeyd olunan fəsildə hakimliyə aid tələblər; hakimlərin müstəqilliyi; toxunulmazlığı; ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtləri; məhkəmə qərarları və onların icrası; habelə, üçpilləli məhkəmə instansiyası ilə əlaqədar ümdə prinsiplər əksini tapıb.

Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ilə ölkədə məhkəmə hakimiyyətinin fəaliyyətinin yeni ictimai-iqtisadi formasiyanın tələblərinə uyğun müasirləşdirilməsi, habelə mütərəqqi dünya təcrübəsinə əsaslanan modeldə formalaşdırılması prosesinə başlanılıb. Ulu Öndər Heydər Əliyevin 1996-cı il 21 fevral tarixli Sərəncamı ilə yaradılmış Hüquq İslahat Komissiyasının hazırladığı “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” və digər qanunlar ölkədə məhkəmə-hüquq islahatları sahəsində ilk mühüm addımlar olmaqla, müstəqil məhkəmə sisteminin yaradılmasına imkan yaradıb.

Konstitusiyaya, habelə 1998-ci il qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” Qanuna uyğun olaraq respublikada birinci instansiya, apellyasiya və kassasiya instansiyalı üçpilləli məhkəmə sisteminin yaradılması insan hüquq və azadlıqlarının etibarlı müdafiə mexanizmlərinin formalaşdırılmasına imkan yaradıb. Üçpilləli məhkəmə sistemi işlərə birinci məhkəmə instansiya qaydasında baxılması, bundan sonra hüquqa və fakta görə apellyasiya qaydasında yoxlanılması və nəhayət, çıxarılan qərarlara hüquqa görə kassasiya qaydasında yenidən baxılması, eyni zamanda, hər kəsin hüquq və azadlıqlarının məhkəmələrdə müdafiəsi, məhkəmə qərarlarından şikayət vermək hüququnun təminatı baxımından əhəmiyyətli olub. Məhkəmə hakimiyyəti üzərində keçmiş ittifaq dövründən qalmış nəzarət mexanizmlərinin aradan qaldırılması, həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin seçilməsi səlahiyyətinin məhkəmələrə verilməsi, istintaqa məhkəmə nəzarətinin təmini, eləcə də təhqiqat, istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətlərindən məhkəməyə şikayət hüququnun müəyyən edilməsi də fundamental yeniliklər sırasında qeyd olunmalıdır.

Həmin dövrdə aparılan məhkəmə-hüquq islahatları, eyni zamanda, peşəkarlığı, yüksək hüquqi bilik və təcrübəsi ilə yeni dövrün tələblərinə cavab verən peşəkar hakim korpusunun formalaşdırılmasını təmin edib. Ulu Öndər Heydər Əliyevin 2000-ci il 17 yanvar tarixli “Azərbaycan Respublikasında hakim vəzifəsinə namizədlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Fərmanı bu sahədə şəffaflığın təmini məqsədinə xidmət edib. Fərman əsasında görülmüş tədbirlər nəticəsində 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında – test üsulu ilə seçilib, hakim korpusunun 60 faizi təzələnib.

Ümummilli Liderin qanunvericilik təşəbbüsü əsasında 2002-ci il 24 avqust tarixində keçirilmiş ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklərin bir qisminin məhkəmə hakimiyyəti ilə bağlı olmasını da xüsusi vurğulamaq lazımdır. Konstitusiyanın Apellyasiya Məhkəməsinin səlahiyyətlərini, hakimlərin seçilməsi qaydasını müəyyən edən maddələrinin yeni redaksiyada verilməsi, prokurorluğun məhkəmə prosesində iştirakının cinayət məhkəmə icraatı ilə məhdudlaşdırılması, Ali Məhkəmənin ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarət funksiyasının ləğvi, ona yalnız kassasiya instansiyası statusunun verilməsi də əhəmiyyətli yeniliklərdən olub.

Bu islahatları 2003-cü ildən yeni dövrün tələblərinə uyğun davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev məhkəmə orqanlarının cəmiyyətdəki nüfuzunun və layiqli yerinin təmin edilməsinə çalışır. Ötən 20 ildə “Məhkəmələr və hakimlər haqqında” qanunun əsaslı şəkildə yenilənməsi, “Məhkəmə-Hüquq Şurası haqqında” yeni qanunun və digər mühüm sənədlərin qəbulu keyfiyyətcə yeni mərhələdə məhkəmə hakimiyyətinin özünüidarə imkanlarını genişləndirib.

2005-ci ilin fevralından fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurasının reallaşdırdığı kompleks tədbirlər də məhz bu mərama xidmət edərək, məhkəmələrin fəaliyyətinin davamlı olaraq müasirləşdirilməsinə imkan yaradıb. Şuranın səmərəli fəaliyyəti ötən dövrdə hakim korpusunun yenilənməsi və sağlamlaşdırılması, məhkəmə icraatına hər hansı məhdudiyyət və müdaxiləyə yol verilməməsi, hakimlərin təhlükəsizliyinin təmini, sosial müdafiəsinin gücləndirilməsi və digər istiqamətlərdə tədbirlərin uğurla reallaşdırılmasına yönəlib.

Ümumiyyətlə, son 20 ildə ölkəmizin məhkəmə-hüquq sistemində aparılan islahatlar miqyası, mütərəqqiliyi və səmərəli nəticələri ilə inqilabi xarakter kəsb edib. Dövlətimizin başçısı İlham Əliyevin 2006-cı il 19 yanvar və 2010-cu il 15 iyul tarixli fərmanları əsasında yaradılmış ixtisaslaşmış və regional məhkəmələr vətəndaşların, eləcə də regionlarda yaşayan əhalinin hüquqi mənafelərinin müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edib. Bundan əlavə, bölgələrdə yaşayan insanların məhkəmələrə müraciət imkanlarının yaxşılaşdırılması məqsədilə 2006-cı ildə Apellyasiya və İqtisad məhkəmələrinin əvəzinə 6 regional Apellyasiya, habelə 3 yerli İqtisad məhkəməsi təşkil edilib. Ağır Cinayətlər Məhkəməsinin əvəzində bölgələrdə yeni regional ağır cinayət məhkəmələri yaradılıb, onların ümumi sayı 5-ə çatdırılıb, o cümlədən hərbi məhkəmə sistemi təkmilləşdirilib. 2011-ci ildən 7 bölgədə yeni inzibati məhkəmələrin fəaliyyətə başlaması isə dövlət orqanları tərəfindən insan hüquqlarının pozulması hallarının qarşısının alınması məqsədinə xidmət edib.

Son 20 ildə respublika üzrə hakim ştatlarının sayı iki dəfədən çox artırılaraq 800-ə çatdırılıb, məhkəmə aparatı işçilərinin sayı 75 faiz artırılıb, hakimlər üçün köməkçi ştatı ayrılıb, məhkəmə orqanlarının infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. “Elektron məhkəmə” informasiya sistemi, habelə mübahisələrin məhkəməyə qədərki həlli mexanizmi – mediasiya institutu yaradılıb, cəza siyasətinin humanistləşdirilməsi tədbirləri diqqət mərkəzində olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı isə mütərəqqi islahatların davamına təminat yaradaraq məhkəmə sistemində kompleks tədbirlərin reallaşdırılmasına hüquqi zəmin yaradıb. Fərmanda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində hakimlərin sayı 200 ştat vahidi artırılıb, sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılması məqsədilə ölkə yeni regional kommersiya və inzibati məhkəmələrin yaradılması təmin edilib, habelə digər bir sıra zəruri tədbirlər reallaşdırılıb.

Müasir dövrdə məhkəmə-hüquq islahatları insan hüquq və azadlıqlarının təmini baxımından davamlı proses kimi dəyərləndirilir, zamanın aktual çağırışlarına uyğun olaraq yenilənir, ictimai gözlənti və tələbləri özündə ehtiva edir. Əminlikdə deyə bilərik ki, Ulu Öndərin əsasını qoyduğu məhkəmə-hüquq islahatlarını müasir dövrün tələblərinə uyğun davam etdirən, yeni çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyev insan amilini və vətəndaş mənafeyini daim uca tutur. Dünyanın müasir inkişaf trendlərinə adekvat olaraq reallaşdırılan məhkəmə-hüquq islahatları Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsini də təmin edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub