İQTİSADİYYAT
Ulu Öndərin təkcə Azərbaycanın deyil, digər ölkələrin inkişafında da mühüm rolu olub
Bakı, 12 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin tək ölkəmizin deyil, digər ölkələrin inkişafında da əhəmiyyətli rolu olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov jurnalistlərə müsahibəsində deyib.
“Müasir müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilmiş genişmiqyaslı islahatlar, görülmüş işlər, qəbul edilmiş strateji qərarlar bu gün ölkəmizin inkişaf edərək dünya ölkələri arasında layiqli yer tutmasında əhəmiyyətli rol oynayır. Ulu Öndərin neft strategiyası bu gün ölkəmizin çoxşaxəli inkişafında, xüsusilə dövlətimizin kadr potensialının formalaşmasında əhəmiyyətli rola malikdir. Ulu Öndər o liderlərdəndir ki, tək ölkəmizin inkişafı üçün deyil, eyni zamanda, digər ölkələrin inkişafında da əhəmiyyətli rolu olub. Bütün görülən işlərə görə Ulu Öndərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq”, - deyə nazir müavini bildirib.