İQTİSADİYYAT
“Unibank”ın “İsti yay krediti” kampaniyası davam edir
Bakı, 30 iyul, AZƏRTAC
“Unibank” kredit götürən hər kəsə ALBALI PLUS debet kartı hədiyyə edir.
Bankdan AZƏRTAC-a bildirilib ki, “İsti yay kampaniyası” çərçivəsində rəsmi iş yeri olan hər kəs filiallara 5000 AZN-dək kredit üçün müraciət edə bilər. Kreditlər 2 ilədək müddətə verilir. Kampaniya müddətində nağd kredit götürən müştərilərə ALBALI PLUS debet kartı hədiyyə veriləcək. Kampaniya avqustun 18-dək davam edəcək.
“Unibank” hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə filiallar həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.