Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Uşaqlar arasında qripə yoluxma riski böyüklərə nisbətdə daha çoxdur

Uşaqlar arasında qripə yoluxma riski böyüklərə nisbətdə daha çoxdur

Bakı, 6 yanvar, AZƏRTAC

Davamlı isti havadan sonra temperaturun soyuması uşaqlar arasında mövsümi xarakter daşıyan infeksiyaların yayılmasına şərait yaradır. Odur ki, payız və qış aylarında uşaqlar arasında müşahidə olunan xəstəlik daha çox mövsümi qripdir. Onun yayılmasına soyuq havalarla yanaşı, həm də uşaqların bir-biri ilə daha çox ünsiyyətdə olduğu məktəb və bağçaların yenidən işə başlaması şərait yaradır. Məhz bu səbəbdən virus infeksiyalarına daha çox məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında rast gəlinir. Həmin infeksiyaların yayılmasına əsas səbəb kollektiv yerlərdə qripi törədən adeno, rino, rota, para qrip kimi yüzlərlə virusların olmasıdır. Qrip virusları hər yaş qrupundan olan uşaqlarda rast gəlinən və ağır fəsadlarla nəticələnə bilən xəstəliklərə aid edilir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin ІІ uşaq xəstəlikləri kafedrasının müdir əvəzi, professor Nailə Sultanova deyib. Onun sözlərinə görə, uşaqlar arasında qripə yoluxma riski böyüklərə nisbətdə daha çoxdur. Uşaq orqanizminin daha həssas olması, immun sisteminin tam formalaşmaması, böyümə və inkişaf proseslərinin davam etməsi, maddələr mübadiləsinin sürətlə getməsi, orqan və toxumaların qan təchizatı ilə zənginliyi virusların və bakteriyaların inkişafına şərait yaradaraq uşaqlarda xəstələnmə riskini artırır.

Mütəxəssisin sözlərinə görə, uşaqlarda mövsümü qriplərin ümumi oxşar kliniki əlamətləri ilə yanaşı, törədicilərindən asılı olaraq fərdi xüsusiyyətləri də var: “Belə ki, ümumi qrip simptomları ilə yanaşı, rotavirus törədicisi qusma və ishalla, adenovirus zamanı konyuktivit, rinovirus tonzilit, sinusit kimi əlamətlərlə də özlərini büruzə verir. Qrip ilk növbədə ağırlaşmaları ilə təhlükəlidir. Həmin ağırlaşmalar sırasına pnevmoniya, meningit və ensefalit, miozit, otit, rinit, sinusit və bronxit aiddir. Premorbit fonu - raxit, hipotrafiya, anemiya və s. olan erkən yaşlı uşaqlarda və bronxial astma, revmatik qızdırma, ürək damar xəstəlikləri kimi xroniki xəstəlikləri olan uşaqlarda qripin fəsadlaşması erkən müşahidə edilərək daha qısa zamanda kəskin ağırlaşmalarla nəticələnə bilər”.

N.Sultanova qeyd edib ki, qripi öz axarına buraxmaq, evdə müalicə etmək və ələlxüsus da xəstəliyin öz-özünə keçməyini gözləmək olmaz. Bu məsələdə ən böyük məsuliyyət valideynlərin üzərinə düşür. Hər bir valideyn uşaqlarda qripin əlamətlərinin olduğunu, hansı həkimə müraciət etməyi və profilaktik tədbirləri bilməlidir. Valideynlərlə daimi olaraq maarifləndirilmə işi aparılmalı, uşaqları fəsilə uyğun olaraq geyindirmələri, vitaminlərlə zəngin keyfiyyətli qida ilə qidalandırmaları, gigiyenik qaydalara riayət etmələri başa salınmalıdır. Tətbiq olunan müalicə patogenetik və simptomatik olmalıdır. Medikamentoz müalicə mütləq həkimin göstərişinə uyğun aparılmalıdır. Özünümüalicə ağır fəsadlara yol aça bilər.

Virusla əlaqəni tamamilə kəsməyin mümkünsüz olduğunu bildirən N.Sultanova kütləvi toplanma yerlərindən uzaq olmağı məsləhət görüb: “Virus infeksiyası bir yerə düşdüyü zaman sürətlə yayılır. Bu səbəbdən uşaqların həmin mühitə getməsi virusun sürətlə yayılmasına səbəb olur. Mümkün qədər çalışmaq lazımdır ki, xəstələnən uşaqlar məktəbə, bağçaya göndərilməsin. Profilaktik tədbirlər kimi uşağın təcrid olunması yoluxma ehtimalının azaldılmasına səbəb ola bilər. Bu zaman mümkün qədər uşaqların immun sisteminin möhkəmləndirilməsinə, xüsusən də qidalanmasına fikir verilməlidir”.

“Qrip zamanı əlavə qoruyucu tədbirlərə ehtiyac var. Buraya virusun havadakı konsentrasiyasını azaltmaq məqsədilə otağın havalandırılması, əllərin tez-tez yuyulması, antiseptik yuyucu vasitələrlə otaqların müntəzəm təmizlənməsi aiddir. Bununla yanaşı, qripə qarşı immunizasiya prosesi mövsümü qrip başlamazdan əvvəl aparılmalıdır. Vaksinlərlə immunizasiya infeksiyanın yayılmasından öncə aparılmalıdır ki, xəstəliyin epidemik yayılma dövrünə qədər vətəndaşlarda yeridilmiş preparata qarşı immun cavab formalaşsın. Peyvənd vurulmuş şəxsin bədənində anticisimlər 12-15 gündən sonra aşkarlanır. Qrip virusu praktik olaraq hər il mutasiya etdiyi üçün ona qarşı dayanıqlı immunitet yaratmaq mümkün deyil. Məsələn, əgər uşaq cari mövsümdə qripə yoluxubsa, bu, o demək deyil ki, virusun başqa ştamı ilə qarşılaşsa, vəziyyət bir də təkrarlanmayacaq. Ona görə də qrip əleyhinə peyvəndləməni hər il aparmaq lazım gəlir. Hər mövsüm üçün qrip peyvəndi istehsal olunur, bunlara Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən proqnozlaşdırılan qripin faktiki ştamları daxildir”, - deyə N.Sultanova qeyd edib.

Professor diqqətə çatdırıb ki, mövsüm dəyişikliyi uşaqlarda həm də allergik xəstəliklər üçün trigger faktoru olaraq xəstəliklərin kəskinləşməsinə təkan vermiş olur. Belə ki, allergik xəstəliklər ilin bütün fəsillərində olmasına baxmayaraq, bəzi allergiyalar mövsümi xarakter daşıyır. Allergiyadan əziyyət çəkən xəstələrin əksəriyyəti kəskin respirator virus infeksiyalarına meyillidirlər. Uşaqların sağlamlığına diqqət etmək, qrip və respirator virus infeksiyalarının profilaktikası üçün tövsiyələri həyata keçirmək sağlamlığı qorumağa və uşaqların həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

15 iyun tariximizin ən parlaq səhifələrindən biridir

“Avro 2024”: Son çempion turnirə qələbə ilə başlayıb

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Avropa çempionatları tarixində ən erkən qol vurulub

Milli Qurtuluş Günündə Şirvanda “Xilaskar” filmi nümayiş olunub

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

“Vəhdəti-vücud” günü

Ermənistanda Daşnaksütyun partiyasının 20-yə yaxın üzvü saxlanılıb

“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şuşa Bəyannaməsi bu müdrik kəlamların həyatiliyinin təsdiqidir – ŞƏRH

Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib

Azərbaycanda yay turizm mövsümünə start verilib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb - ŞƏRH

“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub

Tbilisidə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Fransada fermerler yenidən nümayişə çıxacaqlarını bəyan ediblər

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

ŞKTR parlamentinin spikeri Heydər Əliyevin Azərbaycanın xilasında tarixi rolunu vurğulayıb

Türkiyəli ekspert: Bakı ilə Ankaranın birliyi Türk dünyasının həmrəyliyinin stimuludur VİDEO

Şuşada “Türk dünyası-2040: gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkil olunub

“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib

III Beynəlxalq Bakı Piano Festivalı ərəfəsində mətbuat konfransı keçirilib

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Tahir Mirkişili: İyunun 15-i Azərbaycan tarixinə yeni dövrün başlanğıcı kimi düşüb

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb VİDEO

Şuşada partiya diplomatiyasının yeni dialoq platforması olması ilə bağlı müzakirələr aparılıb

Finlandiya quş qripinə qarşı vaksin alır

SOCAR-ın “Eko park”ında QHT nümayəndələri ilə görüş keçirilib

Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir

Azərbaycan tamamilə müstəqil siyasət yürüdən ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb - RƏY

“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb

Bu il Hindistandan ölkəmizə 90 mindən çox turist gəlib

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Qafqazda sülhün bərqərar olması deməkdir

Hulusi Kılıç: Şuşa Bəyannaməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatıdır

Kənan Quluzadə: Bu il turist sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına inanırıq

Azərbaycanda ilk və tək qadın futbol məşqçisini yaxından tanıyaq

Aygün Attar: Şuşa Bəyannaməsi TDT-də birliyi gücləndirən amillərdən biridir

Baş Prokurorluq: Beynəlxalq axtarışda olan şəxs Avstriyaya təhvil verilib

Türkiyənin nazirləri Azərbaycan rəhbərliyini və xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər

Səməd Seyidov: Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik

700 bal toplayan Şəki məktəblisi: Gələcəkdə süni intellekt sahəsində Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram VİDEO

Polis bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmətini davam etdirir VİDEO

Kayrat Osmonaliyev: Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır

Qırğız diplomat: TDT-nin gücü onu təşkil edən dövlətlərin birliyindədir

DSX-nın Xüsusi Məktəbində tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib VİDEO

Milli Qurtuluş Günü Tbilisidə qeyd edilib

Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş olub

Bakıda “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub VİDEO

Beynəlxalq konfransda Qarabağda minalanmış ərazilərin ekologiyaya vurduğu ziyandan danışılıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb

Ulu Öndər Heydər Əliyev hər bir qələbəmizin rəmzidir - ŞƏRH

Türkiyə parlamentinin sədri Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib

“Azərişıq” Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək

Çinin hərbi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Baş nazir və Milli Məclisin sədri Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Türkiyə ordusu İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Cəlilabadda birgə tədbir keçiriblər

Türkiyənin müdafiə naziri: NATO-ya alternativ axtarmaq cəhdləri uğursuzluğa məhkumdur

NBA: “Dallas Maveriks” final seriyasını uzadıb

Milli Hidrometeorologiya Xidməti baş verə biləcək sel və daşqınlarla əlaqədar xəbərdarlıq edib

Şamil Ayrım: Türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları ilə qürur duyur

Muxtar Respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi həyata keçiriləcək

Macarıstan Aİ-nin Ukrayna ilə danışıqlar üzrə Budapeştin şərtini qəbul etdiyini bildirib

Attila Tilki: Azərbaycanın mədəniyyət paytaxtında toplaşmağımız qürurvericidir

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

Füzulidə “Milli Qurtuluşdan Zəfərə” adlı məktəblilərin yaradıcılıq festivalı keçirilib VİDEO

Zafer Sırakaya: TDT ölkələrinin parlamentlərarası və siyasi partiyalarının əlaqələri birliyimiz üçün önəmlidir

Şimali Kiprin Baş naziri: TDT-nin qlobal problemlər və geosiyasi fonda əhəmiyyəti böyükdür

Hərbi Qənimətlər Parkında “2K11 Kruq” zenit-raket kompleksinin nümayişi Azərbaycan Ordusunun qəhrəmanlıq və şücaətinin bir nümunəsidir VİDEO

Baş nazirin müavini: Vətən müharibəsindəki Qələbədə Türk dünyasının dəstəyi bizim üçün çox dəyərlidir

Şuşada keçirilən plenar sessiyada TDT-nin qlobal təhlükəsizliyə regional töhfələri müzakirə edilib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Əli Əhmədov: Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə malik olmalarıdır

Səfir: “Dəmirağacı parkı”ndan danışmaq mənə böyük şərəf hissi verir

Aktam Xaitov: TDT qlobal təhlükəsizliyə və regional inkişafa töhfə verməyə qadirdir

Milli Qurtuluş Günü ilə bağlı fləş-mob hazırlanıbVİDEO

Aslana Əliyeva: Azərbaycan rəqsi zərifliyi ilə seçilir

Aktam Xaitov: Özbəkistan Qarabağ torpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırdır

AMANAT-ın icra katibi: Partiyalararası əməkdaşlıq qardaş türk dövlətlərinin birliyinin daha da möhkəmlənməsinə xidmət edir

Daulet Kəribek: Şuşada keçirilən bugünkü konfransın yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsi olacağına inanıram

Milli Qurtuluş Günü – Zəfər salnaməmizin başlanğıcı

TBMM-nin üzvü: Regionda normallaşma istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi davam etdiririk

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Birinci vitse-prezident Mehriban Əliyeva 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Dövlət Yol Polisi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmət aparacaq

Tibb Universitetində əcnəbi tələbələr üçün "Miqrasiya qaydaları" mövzusunda tədbir keçirilib

Efkan Ala: Şuşa Bəyannaməsi bizi ortaq hədəflərimizə aparan yol xəritəsidir

Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri sağlam təməllər üzərində qurulub

Türkiyə XİN: “Bir millət, iki dövlət” olaraq əbədiyyən bir yerdə olacağıq

YAP Sədrinin müavini: Qlobal kataklizmlər fonunda dövlətçilik maraqlarının qorunması aktual və vacib məsələdir

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Tahir Budaqov: Ümummilli Liderin Türk dünyasında xidmətləri bu gün böyük minnətdarlıqla xatırlanır

YAP Sədrinin müavini: Zəngəzur dəhlizinin reallaşdırılması Türk dünyasında geosiyasi fəallığın artmasına təkan verəcək

Tahir Budaqov: Müasir Azərbaycan reallığı Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin dövlətçilik irsi ilə bağlıdır